Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xankəndidən olan gənc arıçı

0

  • Arıçılıq gəlirli sahə olmaqla yanaşı, həm də zəhmət, halallıq istəyən sahədir. Arı zəhməti və halallığı sevir, sahibindən halallıq gördükcə həvəslə işləyir, məhsulunu artırır. Əməli saleh olmayan arıçının təsərrüfatına mütləq zərər gəlir.
    Son illər ölkəmizdə arıçılığın inkişafı üçün dövlət tədbirləri artırılmışdır. Gözəl təbiətə malik,
    şəfalı bitkiləri ilə zəngin olan Qarabağ torpaqlarının azad olunması nəticəsində
    arı ailələrinin Kəlbəcər, Laçın kimi güllü-çiçəkli, bol məhsullu yerlərə aparılması arıçılığın inkişafına ciddi təkan vermişdir.
    Keçmiş məcburi köçkünlərin doğma dədə-baba torpaqlarında arıçılıqla məşğul olmaları isə onlar üçün böyük sevincdir. Xocalı rayonu qeydiyyatında (Kərkicahan qəsəbəsi və Xankəndi şəhəri ilə birlikdə) 5679 arı ailəsi mövcuddur ki, bu arı ailələri ilə peşəkar arıçılar məşğuldur. Əməksevər
    xocalılar, xankəndililər məskunlaşdıqları
    şəhər və rayonlarda bu qədim tarixə malik sahəni davam etdirir. Artıq onlar da öz arı ailələrini
    Kəlbəcər, Laçın ərazilərinə aparırlar.
    Bu il ölkəmizdə yağışlı günlərin
    çox olması dağlıq yerlərdə arıçılığa mənfi təsir göstərib. Buna baxmayaraq,
    aran yerlərində vəziyyəti qənaətbəxş saymaq olar. Aran balının özünəməxsus təamını, keyfiyyətini, faydasını, həm də əlverişsiz mövsüm
    olsa belə, bal tədarükünün mümkün olduğunu nəzərə alan arıçılar arı ailərini aran rayonlarında saxlamağı məsləhət görürlər.
    Belə şəxslərdən biri Xankəndi
    şəhərindən olan gənc arıçı Şəhriyar Quliyevdir. Şəhriyar Quliyev Xocalı rayon İcra
    Hakimiyyəti Aparatında  Vətən müharibəsi
    iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışır. Hərbi xidmət
    zamanı Aprel döyüşlərində iştirak edən, Vətən
    müharibəndə könüllü olaraq silaha sarılan Şəhriyar Quliyev "Suqovuşanın azad olunmasına görə", “Vətən müharibəsində iştirakına görə” medalları ilə
    təltif edilib. Həyat yoldaşı Fatimə xanım ingilis dili müəllimidir. Quliyevlər ailəsi həm də arıçılıqla məşğuldur. Şəhriyar Quliyev ziyalı ailəsində doğulub, anası Ülkər xanım ibtidai
    sinif müəllimi, atası Xudayar bəy riyaziyyat müəllimidir. Gənc arıçı arıçılığın bəzi sirlərini 16 yaşından atası Xudayar Quliyevdən öyrəndiyini deyir. I Qarabağ müharibəsi veteranı, savadlı müəllim olan Xudayar müəllim həm də gözəl
    ailə başçısıdır.
    Şəhriyar Quliyev hal-hazırda Şəmkir rayonunun
    Ağlavaşlı kəndində 80 arı ailəsinə qulluq edir. Arıçı deyir ki, insan gərək asudə vaxtlarının səmərəli keçməsi üçün özünə məşğuliyyət tapsın. Arıçılıq həvəsli sahə olsa da, arılara vaxtlı-vaxtında qulluq etmək, qayğısına baxmaq lazımdır.
    Halallıq da öz yerində. Aran balı faydasına görə dağ balından heç də geri qalmır. Bir çox həkimlər, alıcılar faydasına görə məndən aran balı istəyirlər.
    Ən faydalı bal cökə, biyan, qaratikan və s. bitkilərin çiçəklərindən olur. 44 günlük Vətən müharibəsində yazılan Şanlı Zəfər tarixində öz imzası olan veteran döyüşçümüz torpaqlarımız
    uğrunda hər zaman döyüşə hazır olduğunu deyir. Gənc arıçı gördüyü işlərindən zövq alır, qalib ölkənin qalib vətəndaşı kimi özünü xoşbəxt hiss etdiyini qürurla ifadə edir:
    “İndi insan gündən-günə çiçəklənən
    ölkəmizdə daha çox əməklə məşğul olmaq istəyir. Əminik ki, xocalılar, xankəndililər
    tezliklə öz doğma torpaqlarına qayıdacaqlar və orada təsərrüfatın bütün sahələri
    ilə, o cümlədən qədim arıçılıq
    sahəsi ilə də məşğul olacaqlar”.
    Qalib BƏYMƏMMƏDOĞLU
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib38 dəfə
    xankəndidən olan gənc arıçı

    Maraqlı gələ bilər
    45
    16